Qaxda ilanlar yaşayış evinə hücum etdi - FOTO

Baxış sayı:
6541

Qaxda ilanlar evə basqın edib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Zəyəm kəndində Balayevlər ailəsinin evində ilanlar məskunlaşıb. Zirzəmidə məskunlaşan ilanları günün istənilən vaxtı evdə və həyətdə görmək mümkündür. Bu səbəbdən 5 nəfərlik ailə gecələmək üçün qohumlarıgilə getməyə məcbur olurlar. Aidiyyatı qurumlara müraciət edən ailə üzvlərinin sözlərinə görə, mütəxəssislər evi dərmanlasa da, bunun yalnız bir həftə faydası olub. Ailə üçün təhlükə hələ də qalır.