Qaxda dağ massivində ölən şəxsin meyiti helikopterlə götürülüb

Baxış sayı:
232

Qax rayonunun İlisu kəndi yaxınlığında mürəkkəb relyefli yüksək dağ massivində aşkar edilmiş Əsgərov Radiq Eldar oğlunun meyitinin götürülməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri başa çatıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib. 

R.Əsgərovun meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və Aviasiya dəstəsinin “Mi-17” helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.