Qatarlarının hərəkətində ləngimələr niyə yaranıb? - AÇIQLANDI

Baxış sayı:
9238

Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb. “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Muxalifet.az-a açıqlamasında bildirib ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə surət məhdudiyyətinin qoyulmasıdır.