Qatarın altına atılan qadın yoxa çıxdı - ŞOK VİDEO

Özünü qatarın altına ataraq intihar etmək istəyən qadın müəmmalı şəkildə yoxa çıxıb.
 
Hadisə Hindistanın Mumbai şəhərində baş verib.
Qatkopar stansiyasında saridə olan qadın yaxınlaşmaqda olan qatarın altına yıxılıb. Qatar dayandıqdan sonra onun altına baxış keçirən şəxslər inanılmaz hadisə ilə qarşılaşıb.
Qatarın altında nə qan izi, nə də cəsəd aşkar edilib. Bəziləri qadının yıxıldıqdan sonra ayağa qalxaraq qaçdığını iddia etsələr də, bu, inandırıcı olmayıb. Çünki qatar çox yaxında olub və qadının qalxıb onun altından qaçması üçün müəyyən vaxt tələb olunub.
Bəzi şəxslər isə onun real ruh olduğunu bildiriblər./teleqraf.com