Qaşıqçının şok məktubu üzə çıxdı - "SALMANI İCTİMAİYYƏTDƏN TƏCRİD ETMƏK LAZIMDIR"

Baxış sayı:
448

“Vaşinqton Post” redaktoru Karen Attiah qətlə yetirilən jurnalist Camal Qaşıqçının sentyabr ayında ona elektron poçt göndərərək, ölkəsindəki vəziyyətdən şikayətləndiyini bildirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Attiah bu barədə “Vaşinqton Post” qəzetindəki məqaləsində yazıb. O, Qaşıqçının məktubunu yazıya əlavə edib: “Ailəm və dostlarım səsimi çıxarmamağım üçün mənə təzyiq göstərir, amma bunu etməyim doğru deyil. Kifayət qədər ərəb ölkəsi çətin vəziyyətdədir. Öz ölkəmin də bunlardan biri olmasını istəmirəm”.
Məqalənin müəllifi ABŞ təşkilatlarını şahzadə Salmana qarşı addım atmağa çağırıb:
“ABŞ təşkilatları Salmanın imicini bərpa etməyi kənara qoyub, MİSK Fondundan (Şahzadə Salmanın adına fond) geri çəkilməlidir. Söhbət şahzadə Salmandan gedirsə, qurumların qarşısında iki konkret variant var: zalımcasına təzyiqin yanında dayanmaq və ya buna qarşı çıxmaq. ABŞ təşkilatları üçün seçim etmək, Salmana istənilməyən şəxs kimi davranmaq və onu ictimaiyyətdən təcrid etmək vaxtıdır”.