​Qaşıqçının ölümündə İsrail izi...

Baxış sayı:
12754

Səudiyyəli jurnalist Camal Qaşıqçı İsrail şirkəti “NSO Group”un istehsal etdiyi Peqasus adlı casus proqramı vasitəsi ilə izlənilib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden deyib.
O bildirib ki, sözügedən casus proqramı Qaşıqçının istifadə etdiyi “Əpl” cihazına yerləşdirilib:
“Sadəcə cinayətkarların yaxalanması, terror hücumlarının dayandırılması, həyatların xilası üçün istifadə edilmir. Eyni zamanda bunun üzərindən pul qazanılır”.