Qaşıqçının öldürülması ilə bağlı bütün təfərrüat...

Baxış sayı:
424

“Hürriyyət qəzetinin müəllifi Əbdülqadir Selvi, Səudiyyə Baş Konsulluğunda sui qəsd qrupu tərəfindən vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Qaşıqçı-nın necə öldürüldüyünə dair məlumatlar bölüşüb.
 
Selvi köşəsində yazır:
“Camal Qaşıqçı, 2 oktyabrda saat 13.14-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğundan içəri girir.
Dərhal baş konsul Məhəmməd əl Uteybinin otağına aparılır. Hər hansı bir sorğuya da ehtiyac duyulmadan Səudiyyə Ərəbistandan gələn sui qəsd qrupu tərəfindən boğularaq öldürülür. Boğma prosesi 7-8 dəqiqə sürür. Qaşıqçı-nın cib telefonu ilə qolundakı ağıllı saatı Apple Watch-un bağlılığı müəyyən olunduğu üçün qeyd olunanları silməyə çalışılır. Bunun üçün öncə barmağı kəsilib barmaq izindən şifrəni qırmaq istəyirlər. Amma müvəffəq ola bilmirlər. Səudiyyənin açıqladığı şəkildə bir qalmaqal və ya dava-dalaş deyə heç nə baş verməyib. Sui qəsd qrupu onu zərərsizləşdirməyə çalışdığı zaman Qaşıqçı, təbii bir refleks olaraq müqavimət göstərməyə çalışır. Bir paket, ya da ipi xatırladan plastik bir material ilə boğulur.
Sonra vəhşiliyin ikinci hissəsinə keçirlər. Ədliyyə Tibb qurumunun sədri Al Tubaigy, musiqi sədaları altında cəsədi 15 hissəyə ayırır. Bunların hamısı baş konsulun otağında baş verir. Qaşıqçı-nın öldürülmə anına aid səs qeydləri də o anda yaşanan vəhşəti qeyd edir.
Qaşıqçı-nın cəsədi baş konsulluğun xaricinə çıxarılır, amma İstanbuldan kənara çıxarılmadığı güman edilir. Bu zaman kimyəvi maddələr istifadə edilərək dəlillərin məhv edilməsi mərhələsinə keçilir. Ədliyyə Tibb qurumunun sədri, 10 gündən əvvəl baş konsulluq binasında bir axtarış aparılmasına icazə verilməməsi tapşırığını verir. Çünki istifadə etdiyi kimyəvi maddələrlə birlikdə dəlillərin 10 gün içində yox olacağını hesab edir. Baş konsul, polisin axtarış aparmasını əngəlləmək üçün əlindən gələni etdi. Buna baxmayaraq, polisin həssas çalışması nəticəsində bəzi dəlillər əldə edilib. Əgər əhəmiyyətli dəlillər əldə olunmasaydı Səudiyyə Ərəbistanı cinayəti qəbul edən açıqlamanı verərdimi?
 
İKİ MƏQAM
 
Yazının girişində Camal Qaşıqçı-nın birbaşa baş konsulun məqam otağına yönəldilməsinə diqqət çəkmişdim. Bunun İki səbəbi var:
1. Camal Qaşıqçı, sənədi almaq üçün Səudiyyə Ərəbistanı Konsulluğuna 28 sentyabrda müraciət edir. Proseslərin hələ başa çatdırılmadığı ona bildirilərək 2 oktyabrda görüş verilir. Bazar və bazar ertəsi günü isə Qaşıqçının olduğu Londona zəng edərək oktyabr görüş vaxtı ona xatırladılır. "Gələcəksinizmi" deyə soruşulur. Qaşıqçı bu vəziyyətdən narahat olur. "Mənim zəng etməm gərəkirkən onlar məni axtarır" deyir. Bəs, aradan keçən 4 günlük zaman ərzində Qaşıqçı-nın istədiyi sənəd hazırlanırmı? Bu ana qədər belə bir sənədin hazır olduğuna dair bir heç bir dəlil yoxdur.
2. Qaşıqçı-nın baş konsulluğa gələcəyi dəqiqləşəndən sonra ondan əvvəl saat 12.25-də binaya giriş edən sui qəsd qrupu, hazırlıq görüb, onu baş konsulun məqam otağında gözləyirlər. İçəri girdiyi anda ən kiçik bir sorğuya da ehtiyac duyulmadan boğulur.
Hazırladı: Müxalifət.az