Qaşıqçının nişanlısından kritik açıqlama

Baxış sayı:
2299

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluq binasına girdikdən sonra ortadan qeyb olan jurnalist Camal Qaşıqçı-nın nişanlısı Xədicə Çingiz açıqlama verib.
 
Türk hökumətinə güvəndiyini deyən Çingiz, bu, baş verənlərin siyasi böhran olmasının xaricində humanitar böhran cəhətinin də olduğunu bildirib.
Qaşıqçı-nın itkin düşdüyü gün baş verənləri izah edən Çingiz, "Təbii ki, bir narahatçılığı vardı, amma özü də belə bir şey olacağını heç vaxt təxmin etmirdi" deyib.
Çox kədərli olduğunu bildirən Çingiz sözlərinə belə davam edb:
“Türk hökumətinə inanıram. Diplomatiya dilində danışma davam edir. Həqiqətən bu məsələlərlə bağlı açıqlamanı necə vermək lazımdır, onu da bilmirəm. Çünki hadisənin siyasi böhran olmasından başqa, bir də insani böhran cəhəti də var. Camal bəyin siyasi şəxsiyyətinin, mövqenin səbəb olduğu bu siyasi böhrandan əvvəl, insanı bir böhrandır. Çünki evlilik əməliyyatlarını tamamlamaq üçün Türkiyəyə gəlmişdi, onun konsulluğa gedib, bu kağızı alma səbəbi də bu idi. Amma baş verənləri bilirsiniz, o gün bu gündür, ondan xəbər yoxdur.
 
TÜRKİYƏDƏ OLMASI, HADİSƏNİ DAHA HƏSSAS HALA GƏTİRDİ
 
Bu hadisənin Türkiyədə baş verməsi vəziyyəti daha həssas hala gətirdiyini deyən Çingiz, "Çox narahatıq, hamımız hər gün yeni bir xəbər almaq ümidi ilə oyanırıq. Mən xüsusilə əziyyət çəkirəm, çünki onun ən son dəqiqəyə qədər yanında olan adam idim. Həmçinin Türkiyədə olması da hadisəni çox daha həssas hala gətirir" deyə söyləyib.
 
HEÇ VAXT TƏXMİN ETMİRDİ
 
Xədicə Çingiz, konsulluğa gedərkən Qaşıqçı-nın narahat olub, olmadığı şəklində yönəldilən suala isə, “Təbii ki bir narahatçılığı vardı, amma özü də belə bir şey olacağını heç vaxt təxmin etmirdi. Belə bir şeyin olma ehtimalını çox az dəyərləndirirdi. Yəni bu, bir mövzu olaraq keçmədi aramızda, sadəcə mən geyri ixtiyari, ya da fövqəladə bir hadisə olması halında necə davranmalıyam deyə soruşanda, belə bir şeyin olacağını güman etmirəm – deyə cavab vermişdi.”
Müxalifət.az