Qaşıqçının harada öldürüldüyü bəlli oldu

Baxış sayı:
5737

Əl-Cəzirə televiziyası, Camal Qaşıqçı-nın Konsulluqda harada öldürüldüyünün müəyyən edildiyini bildirib.
 
Əl-Cəzirə xəbər kanalı canlı yayımda Camal Qaşıqçı cinayəti ilə bağlı yeni detallar irəli sürüb.
Səs qeydlərinə və axtarış işlərində olan dəlillərə əsaslanaraq Camal Qaşıqçının Konsulluğa girər girməz bir neçə nəfərin hücumuna məruz qalaraq öldürüldüyü iddia edilib.
Telekanalın iddiasına görə, Türk təhlükəsizlik qüvvələri, "Qaşıqçı içəri girdikdən sonra Səudiyyə edam qrupu jurnalistin üzərinə tullanıb və Qaşıqçını zorla üst mərtəbəyə aparıblar" - deyib.
Qaşıqçını birbaşa baş konsul Uteybinin otağına aparan edam qrupu burada Qaşıqçını heç bir sorğu aparmadan birbaşa öldürüb.
Öldürüldüyü otaqda hər şeyin hazır olduğunu iddia edən Əl-Cəzirə, "Türk rəsmiləri Səudiyyəli jurnalist Camal Qaşıqçının harada öldürüldüyünü bilirik deyib. Səudiyyə ekspertizalar mütəxəssisi cəsədi parçalayıb" deyib.
Əl-Cəzirənin verdiyi xəbər və Türk mənbəyə əsaslandırılan ifadələr belədir:
Ədliyyə tibb mütəxəssisi cərrah Salah Tabiki Qaşıqçının cəsədini 15 dəqiqədə parçalayıb. Konsulluq binasına girən Türk rəsmilərinə girmədən əvvəl cinayət anına dair səs yazısı dinlədilib. Türk işçi qrupu axtarış və araşdırmalarını buna görə ediblər."
Müxalifət.az