​Qaşıqçının cəsədini əridib, quyuya atdılar - Şok məlumat

Baxış sayı:
1114

Camal Qaşıqçının cəsədini parçalara ayırıb, asit turşusu ilə əritdikdən sonra quyuya töküblər.
Muxalifet.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” agentliyi Türkiyə prokurorluq orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, jurnalistin cəsədinin qalıqları konsulluq bağçasındakı quyuya atılıb.
Orada Türkiyə hüquq-mühafizə orqanlarına axtarış aparmağa icazə verilməsə də, götürülən nümunələrdə asit və digər kimyəvi maddələrə rast gəlinib.
Xatırladaq ki, C.Qaşıqçı 2 oktyabr tarixində Səudiyyənin İstanbul konsulluğunda öldürülüb.