Qaşıqçının cəsədi ilə bağlı sirr çözüldü: DÜNYA ŞOKDA

Baxış sayı:
4465

“Sabah” qəzetinin verdiyi məlumata görə, Səudiyyə jurnalistii Camal Qaşıqçı-nın İstanbul Baş Konsulluğunda öldürülməsinə dair istintaqa, cəsədin necə yox edildiyi aydınlaşmağa başlayıb.
 
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Səudiyyə hakimiyyətinin icazəsindən sonra 15 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda, 18 oktyabrda da Baş Konsulluğun iqamətgahında axtarış aparılmışdı. Bu çərçivədə İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) nəzarətində polis əməkdaşları, baş konsulluq və evin kanalizasiya xəttindən nümunələr götürülmüşdü.
 
Tamamilə planlı cinayət
 
İqamətgahın kanalizasiyasından alınan nümunələr üzərində aparılan araşdırmalarda, qan izləri tapılmasa da, evdə hidroflorik turşu qalığına rast gəlindiyi bildirilib. İstintaq orqanları, əldə olan tapıntılara görə, Qaşıqçı-nın cəsədinin xüsusi kimyəvi maddələrlə əridildiyi, kanalizasiyaya tökülərək tamamilə məhv edildiyi qənaətinə gəlib.
Qeyd edək ki, Camal Qaşıqçı-nın 2 oktyabrda konsulluqda öldürülməsinə dair istintaqa, qara şüşəli Mercedes Vito markalı bir mikroavtobusun Baş Konsulluq binasından çıxıb, yaxınındakı Baş Konsulluq iqamətgahına girdiyi müəyyən edilmiş, Qaşıqçı-nın cəsədinin mikroavtobusla konsulluqdan iqamətgaha daşındığı şübhəsi ilə mənzildə axtarış aparılmışdı. İstanbul Baş Prokurorluğundan 31 oktyabrda verilən yazılı açıqlamada isə "Camal Qaşıqçı-nın cəsədi, boğularaq öldürülməsindən sonra əvvəlcədən planlaşdırıldığı kimi parçalanaraq məhv edilmişdir" deyilmişdi.
Müxalifət.az