QAŞIQÇININ AİLƏSİNDƏN BEYNƏLXALQ İSTİNTAQ ÇAĞIRIŞI

Baxış sayı:
3178

Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın ailəsi, öldürüldüyünə dair iddiaların araşdırılması üçün müstəqil və tərəfsiz bir beynəlxalq komissiyanın qurulması çağırışı edib.
 
Qaşıqçı-nın işlədiyi “Vaşinqton Post”-da yer alan açıqlamada, "İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olduqdan sonra yoxa çıxdığından bu yana iki həftədir əlaqə saxlaya bilmədiyimiz atamızın (Qaşıqçı) aqibəti haqqında ziddiyyətli xəbərləri üzüntü və narahatlıqla izləyirik" deyə qeyd edilib.
Ailənin, psixoloji travmaya məruz qaldığı və bu ağır dövrdə bir arada olmağın həsrəti içində olduğu bildirilən açıqlamada bunlar qeyd edilib:
“Atamızın (Qaşıqçı) bizə aşıladığı güclü əxlaqi və hüquqi məsuliyyət, bizi onun ölümünün araşdırılması üçün müstəqil və tərəfsiz bir beynəlxalq komissiyanın qurulması çağırışı etməyi zəruri edir. Bu ağır vaxtlarda bizim məxfiliyimizə hörmət edən hər bir kəsə minnətdarıq".
Müxalifət.az