Qaşıqçını öldürən sui qəsd qrupunun bir üzvü aradan götürüldü: Şahidlər yox edilir

Baxış sayı:
7492

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda jurnalist Camal Qaşıqçını vəhşicəsinə qətlə yetirən 15 nəfərlik sui qəsd qrupunda iştirak edən Meşal Saad Əl Bostanı, Ər-Riyadda şübhəli bir qəzada ölüb. Leytenant rütbəsi ilə Kral Hava Qüvvələrində pilotluq edən Bostanı, beləliklə də sirrləri ilə getmiş oldu.
 
Leytenant Bostaninin susdurulmuş ola biləcəyi bildirilir.
Leytenant pilot Bostanı, 2 oktyabrda xüsusi təyyarəylə İstanbula gələn 15 nəfərlik sui qəsd qrupunun üzvlərindən biri idi. Bostanı, Wyndham Grand Hoteldə qaldıqdan sonra yenə xüsusi təyyarə ilə saat 21:46-da Türkiyədən ayrılmışdı.
Müxalifət.az