Qaşıqçını musiqi sədaları altında doğrayıblar: SƏS YAZISI ƏLDƏ EDİLDİ

Baxış sayı:
11377

2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra itkin düşmüş jurnalist Camal Qaşıqçı olayı ilə bağlı sir pərdəsi açılıb. Məlumatlara görə, Türkiyənin əlində Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğundakı vəhşi cinayətlə əlaqədar birdən çox səs qeydi var. Səs qeydlərinin birində dünən Ər Riyada qaçan baş konsul Məhəmməd Üleybi, edamın konsulluğun xaricində icra edilməsini istəyir. Cavab isə “Əgər yaşamaq istəyirsənsə, sus” deyə qeyd edilib. İLK İLƏ TƏLƏB Vəliəd şahzadə bin Salman, Ədliyyə Tibb Təşkilatının başçısı El Tubaigy də daxil olmaqla, müxalif jurnalist Qaşıqçının edam edilməsi üçün İstanbula 15 adam göndərib. Qaşıqçı bir sənəd üçün konsulluğa gəlib və onu ağır işgəncə gördüyü müəyyən olunub. Sorgu zamanı öncə onun barmağı, sonra isə başı kəsilib. Baş konsul Uteybi işgəncə zamanı, "Bu hadisəni çöldə edin. Mənim başımı bəlaya salacaqsınız” deyə etiraz etdiyi hiss olunur. Başqa bir səs isə, “Əgər Ərəbistanda yaşamaq istəyirsənsə, sus” deyə xəbərdarlıq edir. CƏSƏD 7 DƏQİQƏDƏ PARÇALANDI Qatarda fəaliyyət göstərən Əl-Cəzirə kanalı cinayəti anının detallarını verib. İddiaya görə, Camal Qaşıqci konsulluğun salonunda öldürülüb və cəsədi 7 dəqiqə içində parçalanıb. Səudiyyə eksperti Salah Mohammed əl-Tubaigy. Isə qan donduran parçalanma prosedurunu həyata keçirərkən musiqi dinləməyi məsləhət görüb. Müxalifət.az