Qaşıqçı olayında sirr pərdəsini aralayacaq detal

Baxış sayı:
2005

“Sabah” qəzeti, 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra ortadan qeyb olan və öldürüldüyü bildirilən Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın edam edildiyi anların səs qeydlərinin olduğu məlumatını əldə edib.
 
Verilən məlumata görə, Baş Konsulluğa girmədən əvvəl nişanlısı Xədicə Çingizə "Əgər çıxmasam Türk-Ərəb Media Cəmiyyətini və Yasin Aktaya zəng vur" deyən Qaşıqçı-nın içəridə başına gələcəkləri öncədən sezib, bu üzdən o, ağıllı saat Apple Watchın səsyazma xüsusiyyətini açdığı müəyyənləşib. Hadisə günü konsulluğa gedən Qaşıqçı, cib telefonlarını nişanlısında saxladıqdan sonra qolundakı ağıllı saatı iphon-u ilə sinxronizə edib. Qaşıqçı-ya Səudiyyə Ərəbistandan iki təyyarəylə gələn sui-qəsd qrupu tərəfindən müdaxilə edildiyi bilinir, çünki ağıllı saat ilə bütün anlar qeydiyyata alınıb. Qaşıqçı-nın sorğula çəkildiyi, işgəncə edildiyi və öldürüldüyü anlar Apple Watchın yaddaşına qeyd edilib.
 

Qaşıqçı-nın Baş Konsulluğa daxil olduqdan iki saat sonra qara Mercedes Vito avtomobili içərisində çıxardığı düşünülən qaraj qapısı.
 
 
BÜTÜN FAYLLARI SİLƏ BİLMƏYİBLƏR
 
Cib telefonu ilə sinxronizə olan saata qeyd edilən fayllar, eyni zamanda telefona və Icloud (Apple Bulud Server) yığma sahəsinə də qeyd edilib. Camal Qaşıqçını öldürən Səudiyyə edam qrupunun bütün söhbətləri bu fayla qeyd edilib. Qaşıqçı öldükdən sonra saatın qeyd etdiyini anlayan Səudiyyə edam qrupu kəşfiyyatçılar əvvəl şifrə sındıraraq Apple Watch-ı açmağa çalışıb. Buna nail olmayınca Qaşıqçı-nın barmaq izini istifadə edərək saata giriş edib və bəzi faylları silməyə çalışıblar. Alınan məlumatlara görə, Səudiyyə kəşfiyyatçılar bəzi faylları silməyi də bacarıb. Ancaq faylların hamısını silə bilməyiblər. Qaşıqçı-nın telefonuna qeyd edilən səs faylı nişanlısındakı telefonda tapıldı və istintaqı aparan təhlükəsizlik orqanları bu qeydləri araşdırır.
 
TƏRCÜMƏÇİYLƏ İFŞA EDİLDİ
 
Fayl dinlənildikdə Qaşıqçı-nın necə sorğu-suala çəkildiyi, işgəncə edildiyi və sonra necə öldürüldüyünə dair qeydə rast gəlinib. Bu qeydiyyat Səudiyyəli jurnalistin öldürülməsinə dair ən mühüm dəlildir. Təhlükəsizlik orqanları tərcüməçi vasitəsilə o an nələr baş verdiyini, bütün söhbətləri bir-bir təhlil edib.
İstintaq orqanları, hadisə günü konsulluq binası və Baş Konsulun iqamətgahında bütün telefonlardan edilən danışıqları nəzarətə götürüb. İndi Qaşıqçı-nın cəsədinin harada olduğunun müəyyən olunmasına çalışılır. “Middle East Eye” saytı, Qaşıqçı-nın Baş Konsulun iqamətgahının bağçasına gömüldüyü ehtimalı üzərində durduğunu yazıb. İngilis “Daily Mail” və Amerikanın “Vaşinqton Post” qəzetləri Qaşıqçı-nın döyüldüyünə dair Ərəbcə səsyazmalarının olduğunu yazıb.
Müxalifət.az