"Qaşıqçı-nın cəsədinin parçalandığı məlumatı bizdə vardı” – Ərdoğanın müşaviri

Baxış sayı:
2461

AKP başqanının müşaviri Yasin Aktay," Qaşıqçı-nın cəsədinin parçalandığı məlumatı bizdə vardı” deyərək "cəsədin əridildiyini" açıqlayıb.
 
Aktay, Qaşıqçı cinayəti ilə əlaqədar olaraq “Hürriyət” qəzetinə açıqlamasında bu ifadələri işlədib:
“Qaşıqçının cəsədinin parçalandığı məlumatı bizdə vardı. Amma indi görürük ki, parçalamaqla da yetinməyib, cəsədi əridərək yox etmişlər. Bizdə olan son məlumatlara görə, cəsədi parçalamalarının səbəbi də daha asan əritmək olub. Cəsəddən əsər-əlamət buraxmamaq məqsədi güdmüşlər. Prokurorluğun açıqlamasından da bu görünür. Verəcəkləri ağlabatan bir cavabları yoxdur. Qatillik, məsum bir insanı qətlə yetirmək bir cinayətdir, cəsədə edilən rəftar və ölçüləri ayrı bir günah və utancdır. Mövcud kamera sistemlərinin bizi apardığı hər yerə gedilib, ancaq cəsəd tapılmayıb. Ortada dəlillər var. Camal Qaşıqçı başına gələcəkləri ehtimal etsəydi baş konsulluq qapısından içəri girərmiydi?"
Müxalifət.az