“Qaşıqçı” cinayətinin əsas ismi aradan çıxarılıb

Baxış sayı:
3067

BMT-nin jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hazırladığı hesabat cinayət planının ən əhəmiyyətli şəxsi vəliəhd şahzadə bin Salmanın keçmiş məsləhətçisi Suud əl-Kahtani ilə edam qrupundakı çox sayda adamın mühakimə olunmadığını ortaya çıxarıb.
 
Səudiyyə Ərəbistanında mühakimə olunan 11 adam arasında “Qaşıqçı” cinayətində başlıca şübhəli olaraq adı çəkilən vəliəhd şahzadəsi bin Salmanın keçmiş məsləhətçisi Suud el-Kahtaninin olmaması diqqəti çəkir.
Qaşıqçı üçün  Türkiyəyə göndərilən 15 nəfərlik edam qrupuna "Mənə o itin başını gətirin" dediyi bilinən Kahtani haqqında beynəlxalq mətbuatda İstanbula göndərilən sui-qəsd qrupuna nəzarət etdiyi və eyni zamanda, qrupun İstanbuldakı lideriylə hər an telefon vasitəsilə təmasda olduğu şəklində çox sayda xəbər yer almışdı.
Qeyd edək ki, Kahtani cinayətlə bağlı qalmaqal ortaya çıxandan sonra vəzifədən alınmış və xaricə çıxma qadağası tətbiq olunmuşdu. İstanbul Prokurorluğu da Kahtani haqqında ''Əvvəlcədən planlaşdıraraq, vəhşi hisslərlə və ya əziyyət çəkdirilərək qəsdən öldürmə'' cinayətindən dolayı həbs qərarı çıxarmışdı.
Müxalifət.az