Qaşıqçı cinayətinin 5 əsas səbəbi: BƏƏ-li STRATEQ AÇIQLADI

Baxış sayı:
4474

Birləşmiş Ərəb Əmirliklərinin yazarı və strateqi əl Doqqi, Səudiyyə rəsmilərinin törətdiyi Qaşıqçı cinayətinə işıq salıb. BƏƏ-li strateq cinayətin 5 əsas səbəbinə diqqəti yönəldib
 
“Mərhum Camal Qaşıqçı-nın öldürülməsi, bir-biri ilə əlaqəli birdən çox hadisəyə əsaslanır. Qaşıqçı-nın vəhşicəsinə qətlə yetirilməsinin ilkin səbəbi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səfeh yürütdüyü zorakılıq siyasətidir. Bin Salman, keçmişdə  heç kimin etmədiyi və ya edə bilmədiyi şeyləri edə biləcəyini zənn edir, bunu iddia edir. Ölkənin vəziyyətini, statusunu dəyişmək iddiasındadır və ABŞ ilə Avropalıları maliyyələrlə razı edərək, ölkənin dinini, etiqadını dəyişmək fikrindədir. Bin Salman tamamilə diktatorluq səviyyəsinə çatmış vəziyyətdədir. Camal Qaşıqçı-nın öldürülməsi də bu istiqamətdə atılmış bir addım kimi oxunmalıdır.
 
Bin Salman və Bin Zayed-də eyni axmaqlıq və təkəbbür var!
 
İkincisi, bölgədəki bütün Ərəb ölkələrinin milli təhlükəsizlik konsepsiyasıdır. Bu gün bütün Ərəb liderlərinin ölkələrindəki əsgər, polis və kəşfiyyat kimi təhlükəsizlik qurumları qatildir. Öldürür, işgəncə edər, boğar, çalıb çalar, yəni bu qurumlar humanitar baxımdan heç bir sərhəd tanımırlar. Bu təhlükəsizlik mexanizmləri, kiçik “Tanrılar” onlardan nə istəyirsə onu edirlər. Yəni Camal Qaşıqçı hadisəsi ilk deyil, bundan əvvəl bütün Ərəb ölkələrində Qaşıqçı bənzəri o qədər çox hadisə baş vermişdir ki.
Üçüncü səbəb, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed arasındakı əlaqədir. Eyni axmaqlıq, eyni diktator üsulu ilə idarəetmə tərzi, eyni lovğalıq və təkəbbür. Məhəmməd bin Zayed, təhlükəsizlik siyasətlərində tamamilə MOSSAD-ı nümunə götürür, Mossad Kəşfiyyat Xidmətinin eynisini BƏƏ-də qurur.
 
MOSSAD-la birgə çalışırlar
 
Dördüncü səbəb də üçüncü səbəblə əlaqəlidir. Bin Salman və bin Zayed-in kəşfiyyat strukturu MOSSAD-la əlaqəli çalışır. MOSSAD bu gün bütün Ərəb ölkələrində kəşfiyyat fəaliyyəti apararkən, eyni zamanda Səudiyyə və BƏƏ kimi körfəz ölkələrini də istifadə edir. Qaşıqçı cinayətində də MOSSAD-ın rolunu mühakimə etmək lazımdır.
Beşinci səbəb kimi isə bunu açıq deyək, Türkiyəni Qaşıqçı cinayəti ilə küncə sıxışdırmağa çalışdılar. "Camal Qaşıqçı-dan xəbər ala bilmirik, Türkiyədə yox oldu" deyəcəkdilər. Bütün detalları ilə bu cinayətə hazırlanmışlar. Dublyor də gətiriblər. Amma Allah, Türkiyə üçün qazdıqları quyuya özlərini saldı.”
Müxalifət.az