Qaşıqçı cinayətində YENİ İDDİA - Boğulub və xalçaya bükülərək...

Baxış sayı:
2791

Jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

Bu barədə “Röyter”ə adının açıqlanmasını istəməyən bir Səudiyyə Ərəbistanı rəsmisi danışıb.

Onun sözlərinə görə, dindirilmə zamanı Qaşıqçı qışqırmağa başlayıb. Ona mane olmaq istəyənlər ağzını tutmağa məcbur olub. Belə olan halda isə Qaşıqçı boğularaq dünyasını dəyişib. Onun cəsədi yerli əməkdaşlardan biri tərəfindən xalçaya bükülərək ərazidən uzaqlaşdırılıb və parçalanıb.