Qaşıqçı cinayətində yeni detal

Baxış sayı:
292

Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın ölümü ilə bağlı mühüm daha bir detal ortaya çıxıb. Qaşıqçı-nın boğularaq edam edilməsindən dərhal sonra Səudiyyəli sui qəsd qrupu cəsədi parçalamamışdan əvvəl iz və dəlil buraxmamaq üçün Qaşıqçı-ya qanı qatılaşdıran iynə vurduqları müəyyənləşdirilib.
 
Səudiyyə ölüm qrupu, Camal Qaşıqçını boğaraq öldürdükdən sonra bədəninə xüsusi tərkibli dərman yeridib. Ancaq bu dərman Səudiyyə prokurorların verdiyi bəyanatda yer aldığı kimi "öldürmə” məqsədli olmayıb. Türk rəsmilərinə görə, Camal Qaşıqçı boğularaq öldürüldükdən sonra bədəninə dərman yeridilərək qanın laxtalanması təmin olunub. Bunu da konsulluqda ətrafda qan izi və əlavə dəlillər buraxmamaq üçün ediblər. Camal Qaşıqçı-nın cəsədinə dərman yeridiləndən qısa bir müddət sonra cəsədi parçalayıblar. Türk rəsmilərinə görə, Səudiyyəli edam qrupu cəsədi kimyəvi maddələr istifadə edərək məhv ediblər. Son verdikləri açıqlama ilə cinayətdəki bu detalları da gizlətdilər.
Müxalifət.az