Qaşıqçı cinayətində yeni “Aslan komandası” detalları ... BU İLK CINAYƏT DEYİL

Baxış sayı:
526

BBC-yə məlumat verən qaynaqlar, Camal Qaşıqçını qətlə yetirənlərin 50 nəfərlik “Aslan komandası” qrupu qurduqlarını və bütün cinayətlərin məhz bu qrup tərəfindən yerinə yetirildiyini bildiriblər.
 
Eyni mənbələrdən verilən məlumata görə, bu komandanı şahzadə Məhəmməd bin Salmanın sağ əli sayılan Səud əl-Kahtani idarə edib.
Səudiyyə rəhbərliyinin tanınmış müxaliflərindən biri Saad Əl-Fakih, bu komandanın ölkə içində və xaricində müxalifləri öldürməklə görəvli olduqlarını söyləyib.
Fakih, “Rejimin həbs edərək böyük ajiotaja səbəb olacaq olan insanları məhz bu qrupun əli ilə aradan götürürlər ki, heç bir səs küy olmasın” deyə bildirib.
 
QAŞIQÇI İLK DEYİL
 
BBC-nin əldə etdiyi dəlillərə əsasən bu komandanın öldürdüyü jurnalst Qaşıqçı yeganə adam deyil.
Səudiyyə rəhbərliyi içərisində gizli bir qaynaq, Məhəmməd bin Salmanın 'qara qutusu' olaraq tanınan general-leytenant Əli Əl-Kahtaninin də döyülərək öldürüldüyünü bildirib.
Bu cinayəti də Məhəmməd bin Salmanın sağ əli kimi tanınan Səud əl-Kahtaninin rəhbərlik etdiyi “Aslan komandası” qrupu həyata keçirilib.

Müxalifət.az