Qaşıqçı cinayətində qan donduran hesabat: “Qurbanlıq heyan gəldimi?”

Baxış sayı:
9661

BMT Camal Qaşıqçı cinayəti ilə bağlı bəzi telefon danışığının səsyazmalarını ictimaiyyət ilə paylaşıb. Səsyazmada, Səudiyyə Ərəbistanının İstanbul baş konsulu Məhəmməd əl-Uteybi cinayətdən əvvəl şəxsiyyəti naməlum bir adamla üstüörtülü danışıqlar apardığı ortaya çıxıb.
 
Uteybi ilə danışan adam dövlət səlahiyyətliləri tərəfindən verilən bu vəzifə üçün protokoldan etibarlı birinə ehtiyac olduğunu və lazım olsa, bu adama xüsusi icazə verilə biləcəyini qeyd edir.
Qaşıqçı Baş Konsolluğa girmədən bir neçə dəqiqə əvvəl edam qrupundan Ədliyyə Tibb Mütəxəssisi Salah Məhəmməd Abduh ət-Tubeyki və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətindəykən vəliəhd şahzadə bin Salmanın yaxın qrupuna daxil olan Mahir Əbdüləziz Mutreb arasındakı dialoqlar da hesabatda yer tapıb.
Hesabata görə, Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətindəykən vəliəhd şahzadə bin Salmanın yaxın qrupuna daxil olan Qaşıqçı cinayətinin başçısı Mahir Əbdüləziz Mutreb Tubeykiyə Qaşıqçının cəsədini çemotana qoymanın mümkün olub olmadığını soruşur.
Buna cavab olaraq Tubeyki, "Xeyr, çox ağırdır" deyir. Tubeyki daha sonra "Asan olacaq. Oynaqlar ayrılacaq. Bədəni ağırdır. Əvvəl yerdə kəsəcəyəm. Plastik çemodanlar alara və parçalara ayırarıq, məsələ bitər. Hər birini qucaqlayacağıq" deyir.
Mutreb və Tubeykinin Qaşıqçının cansız bədənini "dəri çantalara" qoymağı planladığı şəklindəki danışmalara yer verilən hesabatda, Tubeykinin "Doğrudan rəhbərlik nə etdiyimin fərqində deyil. Məni qoruyacaq kimsə yoxdur" ifadələrindən narahatlıq keçirdiyi aydın olur.
Danışmanın sonunda, Mutreb Qaşıqçını nəzərdə tutaraq "qurbanlıq heyvanın" gəlib gəlmədiyini soruşur və gəldiyi cavabını alır.
Müxalifət.az