Qaşıqçı cinayətində İsrail izi

Baxış sayı:
2272

ABŞ-ın aparıcı Müsəlman dərnəklərindən Amerika-İslam Əlaqələri Şurası (CAIR) və Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Qaşıqçı adına qurulan "Camal Qaşıqçı Üçün Ədalət Cəmiyyəti", Qaşıqçı anım tədbiri keçirib. Proqrama ABŞ mediası da böyük maraq göstərib.
 
Qaşıqçı-nın yoldaşlarının açılış çıxışları ilə başlayan tədbir, daha sonra Səudiyyə Ərəbistanı rəhbərliyinin tətbiq etdiyi təzyiqlərin müzakirəsi ilə davam edib.
Jurnalistləri Qoruma Komitəsinin sədri Courtney Radsch, paneldə söz alaraq, 2008-də Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi Dubay mərkəzli, Ərəb peyk kanalı “Al Arabiya”-da çalışdığını və "müxalif jurnalistlərə edilən təzyiqlərə şəxsən şahidi olduğunu" söyləyib.
Radcsh, "Səudiyyə Ərəbistan rəhbərliyi, sosial media strategiyalarını inkişaf etdirmək üçün Amerikalı PR şirkətlərinə və özlərinə müxalif jurnalistləri müəyyənləşdirmək üçün Mckinsey şirkətinə milyonlarla dollar pul ödəyib" deyə bildirib.
Səudiyyə rəhbərliyinin, müəyyən etdiyi müxalif jurnalistləri təqib etdirdiyini önə sürən Radsch, "Camal Qaşıqçı, İsrail tərəfindən hazırlanıb, bir Amerikalı şirkəti tərəfindən satılan Pegasus adlı yazılım proqramı ilə təqib olundu" deyə söyləyib.
Müxalifət.az