Qaşıqçı cinayətinə qarışan səfir ABŞ-a qayıtdı

Baxış sayı:
5944

Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülməsində yardımçı olduğu iddia edilən Səudiyyənin ABŞ-dakı səfiri Xalid bin Salman ABŞ-a geri qayıdıb. Camal Qaşıqçı-nın qətl planında yer alan və Camal Qaşıqçını İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna istiqamətləndirən şəxs olduğu iddia edilən Xalid bin Salman artıq ABŞ-dadır.
 
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Konsulluğunda vəhşicəsinə öldürülməsindən sonra Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Salman ölkəsinə qayıtmış və bir daha ABŞ-a qayıtmayacağı iddia edilmişdi.
ABŞ mətbuatında yer alan məlumata görə isə Səudiyyə vəliəhd şahzadəsi bin Salmanın qardaşı və eyni zamanda ABŞ-dakı elçisi Xalid bin Salman ölən ABŞ-ın keçmiş prezidenti Corc W. Buşun dəfnində iştirak etmək üçün ABŞ-a gedib.
Vaşinqtondakı Səudiyyə səfirliyi ABŞ mətbuatının iddialarını təsdiq edərək Xalid bin Salmanın ABŞ-dan çıxarılmayacağı və səfir vəzifəsinə davam edəcəyi bildirilib.
 
QAŞIQÇI CİNAYƏTİNƏ QARIŞMAQDA GÜNAHLANDIRILIR
 
“Vaşinqton Post” qəzetinin iddialarına görə, Camal Qaşıqçı-nın öldürülməsində Xalid bin Salmanın böyük bir payı var.
Qaşıqçı ilə həyata keçirdiyi telefon danışıqlarında Qaşıqçını konsulluğa getməsi məsələsində ona təsir etdiyi və şəxsi zəmanət verdiyi iddia edilir.
Müxalifət.az