Qaşıqçı cinayətinə haqq qazandıran Ərəb ölkələri

Baxış sayı:
5863

Körfəz Əməkdaşlıq Şurası(KƏŞ) 72 maddəlik yekun bəyannaməsində ən qabarıq məsələlər arasında Camal Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanı rəhbərliyinin tutduğu mövqe və hadisənin işıqlandırılması üçün yerinə yetirdiyi icraat və işlərin KƏŞ tərəfindən dəstəkləndiyi ifadələri yer alıb.
 
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda toplanan Körfəz Əməkdaşlıq Şurasının 39-ci toplantısının sonunda qəbul edilən 72 maddəlik yekun bəyannaməsində, Qətər blokadasına dair bir kəlmə belə keçməsə də, amma Səudiyyə Ərəbistanı rəhbərliyinin törətdiyi vəhşi cinayətə haqq qazandıracaq dəstək fikirlər yer alıb.
72 maddəlik yekun bəyannaməsində ən diqqəti çəkən məsələlər arasında Camal Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanı rəhbərliyinin tutduğu mövqe və hadisənin işıqlandırılması üçün yerinə yetirdiyi icraat və işlərin KƏŞ tərəfindən dəstəkləndiyi bildirilib. Belə mövqe isə haqlı olaraq Qətər rəhbərliyinin narazılığına səbəb olub.
Körfəz problemlərinin başında gələn Qətər blokadasına heç toxunmayan bəyannamə Qətər Xarici İşlər Nazirliyi İnformasiya Bürosunun direktoru Əhməd er-Rumeyhi tərəfindən tənqid edilib.
Rumeyhi rəsmi Twitter hesabından etdiyi açıqlamada, "Bu necə bir nəticə bəyannaməsidir? Qətər blokadasına və blokadanın həll yollarına toxunmur. Kimi aldadırsınız? Bu Şuranın gerçək problemlərini gözardı etdiyiniz yetər" deyə qeyd edib.
Müxalifət.az