Qaşıqçı cinayəti Tramp və Ərəb liderlər sammitini təxirə saldı – ƏRƏB NATO-su TƏHLÜKƏDƏ

Baxış sayı:
3619

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsullğunda Səudiyyə səlahiyyətliləri tərəfindən işlənən vəhşi cinayət Səudiyyə Ərəbistanına baha başa gəlməyə başlayıb. Qurulması gözlənilən Ərəb NATO planının təhlükədə olduğu bildirilib.
 
“Reuters” xəbər agentliyində yer alan məlumata görə, İranın regiondakı fəaliyyətinə və təhdidlərinə qarşı Səudiyyə Ərəbistanının təklif etdiyi "Ərəb NATO" fikri təhlükəyə düşüb.
Adını açıqlmayan üç Amerikalı mənbə, Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə öldürülməsinin Qərbin qəzəbinə səbəb olması Ərəb NATO fikrinin daha da çətinə düşməsinə yol açıb.
Daha əvvəl yanvar ayına təxirə salınan Tramp və Ərəb liderləri sammitinin artıq qeyri-müəyyən bir tarixə təxirə salındığı iddia edilib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sammitdə iştirak etməsininn böyük qəzəbə səbəb olacağı və təpkilərə yol açacağını bildirən yüksək səviyyəli Tramp rəhbərliyindən bir səlahiyyətli, "Qaşıqçı məsələsi bir ölkədən və bir məsələdən çox daha böyükdür" deyərək Ərəb NATO fikrinin mürəkkəb bir vəziyyətə gəldiyini söyləyib.
Müxalifət.az