“Qaşıqçı” cinayəti soruşuldu, Tramp cavab verə bilmədi!

Baxış sayı:
12859

ABŞ prezidenti Donald Tramp Səudiyyə jurnalisti Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı Baş Konsolluğunda öldürülməsi ilə bağlı ABŞ-ın istintaq başladıb başlatmayacağına yönəlik suala dəqiq bir cavab verməkdən qaçınıb.
 
Amerikan televiziyası “NBC”-yə müsahibə verən Tramp, BMT-nin Səudiyyə jurnalisti Qaşıqçı cinayəti ilə bağlı Federal İstintaq Bürosunun (FBI) istintaq başlatması çağırışına ölkəsinin riayət edib etməyəcəyi ilə bağlı suala baş gicəlləndirici cavab verməklə birbaşa cavabdan yayınıb.
Qaşıqçı cinayətinin "onsuz da hər kəs tərəfindən hər tərəfli araşdırıldığını" iddia edən Tramp, "İran bir gündə bir çox insanı öldürdü. Orta Şərqdəki digər ölkələr təcavüzkardır. Əgər Səudiyyə Ərəbistanına baxacaqsınızsa, öncə İrana baxın, adını deməyəcəyim digər ölkələrə baxın və nələr olduğunu görün" deyə söyləyib.
Səudiyyə Ərəbistanının ABŞ ilə ticarət həcminin 450 milyard dollar olduğunu deyən Tramp, "'Səudiyyə Ərəbistanı ilə iş görmək istəmirəm' deyəcək qədər axmaq deyiləm. Bu vaxt əgər Səudiyyəlliər bizimlə iş görməzsə, nə edəcəklər? Gedib Ruslar, ya da Çinlilərlə çalışacaqlar" deyib.
Müxalifət.az