"Qaşıqçı cinayəti qaranlıq ticarəti ortaya çıxardı"!

Baxış sayı:
415

“Hillary Doktrinası" adlı məşhur kitabın müəllifi Kanadalı Patricia Leidl, "Jurnalist Camal Qaşıqçı-nın öldürülməsi Yəmən-i və qaranlıq silah ticarətini ön plana daşıdı" deyə bildirib.
 
Patricia Leidl, hadisələrə strateji baxışı üçün bunun çox mühüm bir vəziyyət olduğunu qeyd edib:
“Dünyanın ən böyük güclərindən Amerikanın prezidenti Donald Tramp, Qaşıqçı hadisəsi ortaya çıxandan sonrakı ilk açıqlamasında Səudiyyə ilə problem yaşamaq istəmədiyini, bu ölkə ilə əlaqələrində ən mühüm sahənin silah ticarəti olduğunu bildirir. Qaşıqçı hadisəsində də Tramp, insan haqlarını bir kənara ataraq silah ticarətini qorumağı ön planda tutub".
Patricia Leidl, jurnalist Camal Qaşıqçı-nın öldürülməsi, Yəməndəki müharibə və silah ticarəti arasındakı əlaqəni analiz edib.
Kanadanın Yəməndəki müharibəyə təsirlərinə toxunan Patricia Leidl, "Mənim ölkəm Kanada da Səudiyyə Ərəbistanı ilə 12 milyard dollarlıq silah ticarəti anlaşması etdi. Justin Trudeau, Qaşıqçı hadisəsindən sonra bu müqaviləni ləğv etməyin Kanadaya 1 milyard dollar başa gələcəyini açıq şəkildə ifadə edib. Kanada, demokratik bir ölkədir. Ancaq Kanadada yaxın zamanda aparılan sorğular, Kanadalıların çoxunun Yəməndə mülki şəxsləri öldürən silah ticarətinin demokratiyanı riskə atdığını düşündüyünü göstərir" deyib.
Səudiyyə Krallığının Silikon vadisi və yüksək texnologiyaya etdiyi investisiyaların da həqiqi bir narahatlıq mənbəyi yaratması lazım olduğunu bildirən Leidl, "Yeni neft, informasiya texnologiyaları və onun təsiri daha hiyləgər və nəzarət edilməzdir" deyə bildirib.
Müxalifət.az