Qasımovun daha bir adamı hakim qarşısında...

Baxış sayı:
2833

Həbsdə olan iş adamı İlham Qasımovun adı daha bir cinayət işində keçir.
Muxalifet.az musavat.com-a istinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1974-cü il təvəllüdlü Həsənov Şahin Vəkil oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Zeynal Ağayevi sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, Şahin Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Məlumata görə, Ş.Həsənov "Real" MTK-ya məxsus evlərin bir neçə nəfərə satılmasından iştirak etməkdə ittiham edilir.
Xatırladaq ki, MTK-nın rəhbəri İlham Qasımovdur. İ.Qasımov bir evi bir neçə nəfərə satmaqla yanaşı, şəriki milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında da həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.
İ.Qasımov "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.
Bir mənzili bir neçə nəfərə satmaq ittihamı ilə İ.Qasımovun MTK-da işləmiş bacısı oğlu 1987-ci il təvəllüdlü Sahil Cahangirli və onun dostu 1987-ci il təvəllüdlü Anar Əşrəfov da hakim qarşısına çıxarılmışdı. Bir müddət əvvəl onlar şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmışdılar.