Qasım Süleymanidən Xameneyiyə məktub: “İŞİD BİTDİ, VƏZİFƏMİ YERİNƏ YETİRDİM”

İran İnqilab Mühafizəçiləri Komandiri, azərbaycanlı general Qasım Süleymani dini lider Xameneyiyə yazdığı məktubunda İŞİD-in bitdiyini açıqlayıb.
 
Terror təşkilatı İŞİD-in Suriyada nəzarətində saxladığı son bölgə olan Əbu Kamalın ələ keçirildiyini qeyd edən Süleymanı, İŞİD-in bitdiyini açıqlayıb.
İraq və Suriyada terror təşkilatına qarşı uzun müddətdir mübarizə apardığını yazan Süleymanı, İŞİD-in İraq və Suriyaya təxminən 500 milyard dollar ziyan vurduğunu bildirib.
Suriya və İraqdakı missiyasının bitdiyini bildirən Süleymani məktubunun sonunda verdiyi dəstəklərə görə, Xameneyiyə və Hizbullah lideri Nasrullaha təşəkkür edib.
Mosul, Rakka və Deyrəzordan sonra Əbu Kamala sığınan terror təşkilatı, bu şəhəri itirməsilə Suriya səhralarına sığındı. Eyni zamanda İran Əbu Kamalı almaqla, Tehran-Dəməşq avtomobil yolunu da nəzarət altına almış oldu.

Müxalifət.az