Qasım Süleymani təcili Bağdada gəlib - ƏRƏB MƏTBUATI

Baxış sayı:
9307

İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Quds bölməsinin komandiri, general-mayor Qasım Süleymani təcili Bağdada uçub.

Virtualaz.org bildirir ki, bu barədə "Al-Arabiya" telekanalı xəbər yayıb.

Məlumata görə, İran hərbi lideri, hökumət əleyhinə təxminən bir aydır davam edən aksiyalar səbəbilə ölkədəki vəziyyətlə əlaqədar İraq Baş nazirinin ofisində keçirilən toplantıya rəhbərlik edib. İclasda iştirak edən rəsmi İraq mənbələrinin verdiyi məlumata görə, toplantıya baş nazir Adel Əbdül Mehdi sədrlik etməli idi...

"Biz İranda etirazlarla necə mübarizə aparmağın lazım olduğunu bilirik. Bu bizdə də var idi və biz vəziyyəti yenidən nəzarət altına qaytardıq",-deyə Q.Süleymani toplantı iştirakçılarına bildirib.