Qartal ilanı diri-diri yedi - VİDEO

Baxış sayı:
3784

Afrikanın şimalında parkda gəzən müəllim yolun kənarında bir qartalın ilanı diri-diri yediyini görüb və həmin anları telefonunun kamerasıyla lentə alıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, qartal ilk öncə ilanı kolluqdan çıxarıb yol kənarına gətirib və sonra onu yeməyə başlayıb.
Qartal ayaqları ilə ilanın zəhərli dişlərini istifadə etməsinə imkan verməyib. Bildirilir ki, qartallar adətən öz şikarlarını ilk öncə öldürüb daha sonra yeyirlər. Lakin bu dəfə qartal ilanı diri-diri yeyib.
Videonu çəkən müəllim ilanın çırpınışlarını gördükdə böyük kədər hiss etdiyini deyib.