​"Qarşısı alınmaz bezpredel"lər QAN TÖKDÜ - SOS

Baxış sayı:
7525

Muxalifet.az-ın altun.az-a istinadən məlumatına görə, 05.03.2018-ci il tarixdə Altay Məmmədovun evinə silahlı basqın təşkil edilmşdi. Silahlı basqında iştirak edən şəxslər Suraxanı rayon polis idarəsinin rəis müavini Cavanşir Əhmədov tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.
Bu gün, iki günlük "taym-aut"dan güc toplamış cinayətkar qrup, 08.03.2018-ci il tarixdə,  saat 17.30 radələrində evinin sındırılmış pəncərə şüşələrini pərpa etmək, işığı kəsilmiş soyuducuda olan ərzaq məhsullarını, məktəbli övladının dəyişək paltarlarını və dərsliklərini götürmək üçün evinə girmək istəyən A.Məmmədova silahlı hücum etmişlər. Bel, lapatka, mantirovka ilə silahlanmış Təbib Aslanov, həyat yoldaşı Nailə xanım, qaynı Cahidin həyat yoldaşı və iki oğulları ilə birlikdə Altaya ağır bədən xəsarəti yetiriblər. Zorluqla canlarını bu "bespredel"in əlindən qurtaran A.Məmmədov hal hazırda Suraxanı rayon 31-ci polis bölməsinə sığınıb. 
Faktla bağlı 31-ci polis bölməsində təhqiqat aparılır. Polisdən aldığımız məlumata görə, bu cinayət işi də 05.03.2018-ci ildə baş vermiş silahlı basqınla bağlı açılmış cinayət işinə əlavə ediləcəkdir.
Hadisələrin gedişatını diqqətdə saxlayacağıq.

Azay Süleymanoğlu