​Qarsda erməni cinayətlərini sübut edən kompleksə hücum edildi

Baxış sayı:
5101

Qarsda erməni daşnaklarının qətlə yetirdiyi 183 şəhidin şərəfinə ucaldılmış abidə kompleksinə ciddi ziyan vurulub.
Muxalifet.az türk mediasına istinadla xəbər verir ki, Qarsın Arpaçay qəsəbəsinin Böyük Çatma kəndində 1915-1918-ci illərdə erməni daşnak qatilləri tərəfindən qətl edilən çoxu qadın və uşaq olmaqla 183 şəhidin abidəsi hücuma məruz qalıb.

Naməlum adamlar abidənin mərmərlərini, işıqlandırma sistemini məhv ediblər. Mərmər üzərində yazılan şəhid adları ziyan görüb. Jandarma artıq hadisəni araşdırmağa başlayıb.
Sözügedən abidə 2014-cü ildə hazırlanıb.
Qarsda əsasən azərbaycanlı türkləri yaşayır.