Qarın altında qalan hərbçilərimizin AXTARIŞI NƏTİCƏ VERMƏYİB – Nazirlik iki gündür susur...

Baxış sayı:
7666

Azərbaycan ordusunun martın 7-də qar uçqununa düşmüş iki hərbçisinin axtarışları nəticə vermir.
 

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, gizir Abdullayev Hafiz Məhəd oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun taleyindən hələ də xəbər yoxdur. Müdafiə Nazirliyi martın 7-dən bəri hərbçilərin axtarışlarının gedişi barədə əlavə məlumat yaymayıb. Bu isə o deməkdir ki, axtarışlar hələlik nəticəsiz qalıb.
 
Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına əsasən hərbçilər “mövqe istiqamətində hərəkətdə olarkən” qar uçqununa düşüb. Onların axtarışlarına ixtisaslı xilasedicilər və xüsusi texnika cəlb olunub.
 
Hərbçilərin Murov aşırımında qar uçqusuna düşdükləri təxmin edilir.