Qardizdə polis bölməsinə hücum: 41 ölü, 170 yaralı - VİDEO

Taliban terrorçuları Əfqanıstanın Qardiz şəhərinin Paktika vilayətində polis bölməsinə hücum ediblər.
“Röyter” xəbər verir ki, terrorçular idarə etdikləri bomba yüklənmiş iki maşını polis bölməsinin yaxınlığında partladıblar. Hadisə nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Taliban üzvləri teraktdan sonra polis bölməsinə daxil olmağa cəhd ediblər, lakin basqının qarşısı alınıb.
 
***
Taliban terrorçularının Əfqanıstanda polis bölməsinə hücumu nəticəsində ölənlərin sayı 41-ə, yaralananların sayı isə 170-ə çatıb.
Ölənlərdən 21-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 20-si isə mülki şəxslərdir – məlumatda qeyd olunur.