​Qardaşı Kılıçdaroğlunu “fətöçü” adlandıraraq aclıq elan etdi

Baxış sayı: 63

Türkiyədə fəaliyyət göstərən Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu aclıq elan edib.
Hurriyyet.org xəbər verir ki, o, Kamal Kılıçdaroğlunun Fətullah Gülən hərəkatını dəstəklədiyinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Ankarada CHP-dən olan deputat, uzun müddətlik həbs cəzası verilmiş Enis Berberoğlunun həbsinə qarşı partiya üzvlərinin kütləvi nümayişi keçirilmişdi. Partiya üzvü olan deputat Gülən hərəkatı ilə əlaqədə və dövlət sirrinin bəyan edilməsində ittiham olunurdu.
Ankara ağır cinayətlər üzrə dövlət məhkəməsi Berberoğluya 25 illik həbs cəzası verib.