Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Baxış sayı:
1699

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda qardaşı arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nəriman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib. Qeyd edək ki, hadisə bu il Ağsunun Qiyaslı kəndində baş verib. Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Qadın bir il öncə ailəyə gəlin gəlib. Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb