Qardaş ölkə üçün ÜÇ SSENARİ – Okeanın o tayından qorxunc PROQNOZ

Baxış sayı:
4663

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Seçkilərə günlər qala müxtəlif analitik, araşdırma və sosioloji mərkəzlər seçkilərin nəticələri ilə bağlı proqnozlar və mümkün ssenarilər irəli sürürlər.

Muxalifət.az xəbər verir ki, proqnozlardan biri ABŞ-ın nüfuzlu banklarından olan “JP Morgan” tərəfindən səsləndirilib.

Bankın baş iqtisadçısı Yarkın Cebeciyə görə, keçirilən son rəy sorğuları seçkilərin üç mümkün nəticəsinin ola biləcəyini göstərir.

Birinci ssenari: Hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçiləcək, AKP-MHP ittifaqı parlamentdə əksəriyyəti qazanacaq.

İkinci ssenari: Ərdoğan prezident seçiləcək, AKP-MHP ittifaqı parlamentdə əksəriyyəti əldə edə bilməyəcək.

Üçüncü ssenari: Ərdoğan prezidentliyini itirəcək və AKP-MHP ittifaqı əksəriyyət əldə edə bilməyəcək.

Birinci ssenarinin reallaşma ehtimalını daha yüksək qiymətləndirən Cebecinin sözlərinə görə, bu, siyasətin davamlılığı və siyasi gərginliyin azalması anlamına gəlir. İqtisadçı hesab edir ki, digər ssenarilən reallaşması siyasi tıxaca gətirib çıxara bilər. Ekspertin fikrincə, bu, yeni seçkilərin keçirilməsi zərurəti yarada bilər.

“Üçüncü ssenari yeni bir başlanğıc və struktur dəyişiklikləri deməkdir”, - o yekunlaşdırıb.