"Qardaş ölkə olan Azərbaycanda final oynayacağıq" - "Qalatasaray"ın prezidenti

Baxış sayı:
3025

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz UEFA Çempionlar Liqasında zəif qrupa düşdüklərinə dair iddialara münasibət bildirib.

"TRT Spor" xəbər verir ki, klub rəhbəri belə iddiaları incə yumor adlandırıb və buna güldüyünü deyib.

M.Cengiz həmçinin Bakıda keçiriləcək Avropa Liqasının finalında oynamaq istədiklərini vurğulayıb: "Ümid edirəm ki, qardaş ölkə olan Azərbaycanda final matçı keçirəcəyik".

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Lokomotiv" (Rusiya), "Şalke" (Almaniya) və "Portu" (Portuqaliya) ilə qarşılaşacaq. İstanbul klubu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında çıxış etmək üçün qrupda yalnız 3-cü yeri tutmalıdır. /report/