​Qardabanidə ər-arvad amansızlıqla qətlə yetirildi

Baxış sayı:
5014

Gürcüstanda Azərbaycanlıların kompakt şəkildə yaşadığı  Qardabani rayonunda kiçik sahibkarlıqla məşğul olan ər və arvad küt alətlə öldürülüb.
APA-nın yerli bürosu “İnterPressNews”a istinadən xəbər verir ki, ölənlərin cəsədləri tanınmaz hala salınıb. Öldürülənlərin qohumları cinayətin səbəbinin intiqam ola biləcəyini bildiriblər. Onların övladlarının isə Rusiyada yaşadığı qeyd olunub. Hadisə şahidləri öldürülən ailənin evinin divarlarında cinayətlə bağlı Rusiyada yaşayan oğullarına mesaj göndərildiyini bildiriblər.
Faktla bağlı Gürcüstan daxili işlər nazirliyi qəsdən və xüsusi amansızlıqla adam öldürmə maddələri ilə cinayət işi açıb.