​Qarbağda ŞOK SSENARİ: 4 müsəlman ölkəsi İrəvanı... - Türkiyəli siyasi ekspert HƏR ŞEYİ AÇDI

Baxış sayı:
6664

Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir artıq bir neçə ildir Türkiyə və Rusiyaya qarşı hibrid müharibə aparır. İndi bu qarşıdurmaya Cənubi Qafqaz ölkələrini də aktiv şəkildə daxil etməyə çalışırlar. Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında türkiyəli siyasi ekspert Engin Özər deyib. “Hazırkı mərhələdə BƏƏ kürdləri aktiv şəkildə silahlandıraraq onlarla əməkdaşlığı gücləndirir. Bunların hamısı Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Türkiyəyə qarşı alovlandırdıqları hibrid müharibəsinin formasıdır. İndi bu müharibə formalarından biri də Qarabağ olacaq. Sözsüz ki, onların erməni ordusunu maliyyələşdirməyə başlayacağına heç bir şübhə yoxdur. Güman ki, artıq başlayıblar”, – deyə o bildirib. Onun sözlərinə görə, BƏƏ və Səudiyyə Ərəbistanı yaxın zamanlarda İraqın şimalında və Fərat çayının şərqindəki kürd hərbi birləşmələrini silahlandırmağa başlaya bilərlər: “Maliyyə baxımından Ermənistan ordusunun işləri çox pisdir. Bu isə Vaşinqtonun əlinə oynayır, hansı ki, BƏƏ-nin vasitəsilə öz maraqlarını gerçəkləşdirir. Amerikanın Qafqazda təsiri artıq çox güclü hiss olunur. Bu, ilk növbədə Rusiyaya təhdid yaradır. Ona görə də BƏƏ müdafiə nazirinin səfəri Türkiyə və Rusiyaya qarşı yönələn addım idi. Ermənistan Paşinyan dönəmində məmnuniyyətlə müxtəlif təxribatlara uyaraq, Rusiyanın təsir orbitindən çıxıb ki, bu da öz növbəsində Qafqazdakı kövrək balansı pozur. Özünüzün də gördüyünüz kimi, Türkiyəyə qarşı hibrid müharibəsi artıq Qafqazda və xüsusilə Azərbaycanın sərhədləri yaxınlığında gedir”.