Qaranlığa gömülən Venesuelada yeni gəlişmə

Baxış sayı:
6826

Venesuelanın rabitə və informasiya texnologiyaları naziri Jorge Rodriguez bir neçə gün davam edən fasilələrin sona çatdığını və elektrik xidmətinin 100 faiz yenidən reallaşdırıldığını bildirib.
 
Jorge Rodriguez deyib ki, elektrik enerjisi kəsintisi təxminən 7 gündən sonra bərpa. Rodriguez ölkədəki elektrik xidmətinin 100 faizə qədər təmin olduğunu və "yerli təxribat" səbəbiylə bəzi bölgələrdə kiçik problemlərin və kəsintilərin olduğunu bildirib.
 
MƏKTƏBLƏR 24 SAAT DAHA BAĞLI QALACAQ
 
Rodriguez iş yerlərinin bu gündən etibarən açıla biləcəyini deyib: "Prezident Nicolas Maduro iş fəaliyyətlərini davam etdirməyə qərar verdi" deyib. Rodriguez məktəblərin daha 24 saat bağlı olacağını bildirib.
Onun sözlərinə görə, elektrik kəsintisinin ciddi təsir göstərdiyi su təhcizatı 70-80 faiz bərpa olunub. Nazir Rodriguez bir neçə həftə boyunca hərbi təlimlərin yenidən başladılacağını açıqlayıb. Onun sözlərinə görə, hərbi təlimlər elektrik və su infrastrukturunun qorunmasına yönəlib.
Qeyd edək ki, Venesuela prezidenti Nicolas Maduro enerjinin 80 faizini təşkil edən Guri Hidroelektrik Stansiyandakı təxribatı ABŞ-ın "kiber və elektromaqnitik hücumları" ilə əlaqələndirib.
Müxalifət.az