​QARALAMA KAMPANİYASI BAŞLADILAR! - HƏDƏFDƏ TÜRKİYƏ VAR

Baxış sayı:
5986

Səudiyyəlilər: “Türkiyəyə getməyin”

Muxalifət.az xəbər verir ki, ABŞ-dakı Səudiyyə lobbisindən “Saudi American Public Relation Affairs Committee “ (SAPRAC) şirkətinin qurucusu və sədri Salman Əl-Ənsari körfəz ölkələri və öz ölkə vətəndaşlarını xüsusilə də bu yay ərzində əsla Türkiyəyə getməmələri məsələsi barəsində “Tvitter” saytında xəbərdarlıq edib.
Ənsari paylaşdığı mesajda deyib: “Türkiyədə pis hadisələr baş verəcək. Bir Səudiyyə vətəndaşı olaraq səudiyyəlilərə və körfəz ölkəsi vətəndaşların tövsiyəm budur: xüsusilə də bu ilin yayında Türkiyəyə əsla getməyin. Bunun səbəbi turistlərin və körfəzli sərmayəçilərin məruz qaldıqları oğurluq və ya Ankaradakı siyasi qeyri-sabitlik deyil. Daha başqa bir çox təhlükəli səbəb var”. Bununla da o, Türkiyədə bir terror hücumu olacağına işarə vurub. Amerikadakı Səudiyyə lobbisi rəhbərinin Türkiyə barəsində belə bir obraz yaratmağa çalışmasının turist axının başlandığı ərəfəyə rast gəlməsi diqqəti cəlb edib./Hurriyyet.org