Qarajını təmizləyərkən xəzinə tapdı - FOTOLAR

Baxış sayı:
3172

Böyük Britaniyanın 66 yaşlı sakini - təqaüdçü Alfred Korreya qarajında təmizlik işləri apararkən dəyəri iki-üç milyon funt sterlinq (4-6 mln AZN) olduğu bildirilən tapıntı əldə edib.

Muxalifet.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, A.Korreya şkafdan miniatür nefrit bəzəyi tapıb.

Onun sözlərinə görə, atası qiymətli daşların satışı ilə məşğul olub və 1960-cı ildə Hindistandan Böyük Britaniyaya köçüb. 2002-ci ildə o, vəfat edib, qiymətli amulet isə şkafın bir küncündə qalıb.

Təqaüdçünün sözlərinə görə, amuletin bu qədər dəyərli ola biləcəyini düşünməyib.

“Atam qiymətli hesab etdiyi hər şeyi alırdı, bircə bunu dəyərsiz hesab edirdi. Belə görünür ki, o, bir balaca yanılıb”, - deyə Korreya bildirib.

Ekspertlər hesab edirlər ki, bəzək əşyasının 4000-5000 yaşı var.  /Oxu.az

Qarajını təmizləyərkən xəzinə tapdı - Fotolar
Qarajını təmizləyərkən xəzinə tapdı - Fotolar
Qarajını təmizləyərkən xəzinə tapdı - Fotolar
Qarajını təmizləyərkən xəzinə tapdı - Fotolar