Qaradağda “KamAZ”la “Mersedes” toqquşub: ölən və yaralanan var

Qaradağ rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.
 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə R.Abbasovun sərnişini- Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.