Qaradağda "BMW" velosipedçiləri vurub: bir ölü, bir yaralı

Hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib
 
Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.
Arxada hərəkətdə olan "KİA" markalı avtomobil də BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib./report