​Qaradağda ağır yol qəzası: ölən var

Baxış sayı:
8089

Qardağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, hadisə avqustun 13-də saat 16 radələrində rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi VAZ-21074 markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.