"Qarabağ"la oyunu səbrsizliklə gözləyirik" - "Linfild"in baş məşqçisi

Baxış sayı:
13708

“Futbolçularım tapşırıqları meydanda yaxşl icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər”.
Qol.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili deyib.
O, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra "Qarabağ"la keçiriləcək görüşləri qısaca şərh edib: “Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq".
Qeyd edək ki, “Qarabağ” "Linfild"də avqustun 22-də səfərdə, 29-da Bakıda qarşılaşacaq.