​Qarabağla bağlı Rusiyadan SENSASİYALI AÇIQLAMA: Azərbaycan tezliklə...

Baxış sayı:
4498

“Tezliklə, Qarabağ Azərbaycana deyəcək, “salam”.
Muxalifət.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksandr Qrişin deyib.
Qrişin qeyd edir ki, Ermənistandakı hadisələr Ukrayna ssenarisi üzrə davam edir: “Aksiyada Ukraynadakı tanış şüarlar artıq eşidilir. Əgər hər şey bu ssenari üzrə davam edəcəksə, o zaman, Azərbaycan tezliklə Dağlıq Qarabağı qaytaracaq”.
Qeyd edək ki, Ermənistanda etirazçıların lideri Nikol Paşinyanın “məxməri inqilab” adlandırdığı proseslər başlayandan sonra tez-tez Dağlıq Qarabağın erməni hərbi birləşmələrindən təmizlənəcəyinə dair fikirlər səslənir.
Rusiyalı jurnalist Roman Jilinin “Ermənistandakı inqilab Qarabağın Azərbaycana qaytarılmasına hazırlıqdır” sözləri bu kontekstdə xüsusi diqqət çəkir.